22 Noyabr 2019 15:52
3 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ombudsmanı Arman Tatoyan Feysbuk səhifəsində polislərin qaz maskası və dəyənəkdən istifadə edərək, bir şəxsdən etiraf almasını əks etdirən video yayımlayıb.

Teleqraf.com xəbər verir ki, video materialla əlaqədar Tatoyan dərhal cinayət işinin başlanması zəruriliyini bildirib.

Tatoyan qeyd edib ki, bütün yoxlama tədbirləri yalnız Ermənistan Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedur çərçivəsində həyata keçirilməlidir:

“İmzaladıqdan sonra cinayət təqibi orqanına rəsmi məktub göndəriləcək. Proses ən çox mənim diqqətimin mərkəzində olacaq”.

Olayın videogörüntüsünü təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər