Türkiyədə anadan olmuş saxta peyğəmbər olaraq tanınan İsgəndər Evrenesoğlu vəfat edib.
Teleqraf.com xəbər verir ki, İsgəndər Evrenesoğlu ötən əsrin 90-cı illərindən məskunlaşdığı ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində dünyasının dəyişib.
Ölümün səbəbləri açıqlanmır.
1942-ci ildə anadan olmuş İsgəndər Evrenesoğlu Dövlət Planlaşdırma Təşkilatında çalışıb. Daha sonra özünə vəhy gəldiyi iddiasına düşüb. "Risalət Nurları" kitabını Allahın vəhylə yazdırdığını bildirib.