29 Noyabr 2019 09:18
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya tarixinin ən təsirli, ən gözəl, ən ehtiraslı qadınlarından biri şübhəsiz Kleopatradır. O bir Misir fironu idi, adının mənası yunan dilində “əsilzadə atadan gələn insan” deməkdir. “Kleopatra” deyiləndə bir çox insan sadəcə Nil kraliçası haqda düşünür, amma o, Qədim Misirdə bu adı daşıyan yeddinci qadın idi. Rəsmi adı VII Kleopatra Filopatordur.

Teleqraf.com əfsanəvi Misir hökmdarı Kleopatra haqda məlumatları təqdim edir.

Misir kraliçasının yunan adı daşıması qəribə görünə bilər, amma o, yunan idi. Kleopatranın ailəsi (Ptolemey) Yunanıstandan Misirə köçmüşdü. Kleopatra Misirdə doğuldu, amma əslən makedon kökənliydi. Misirdə danışmağı və yazmağı öyrənən ilk ellin hökmdarı idi. Ailəsi üç yüz il sadəcə yunan dilində danışdı, bu səbəbdən Rozetta daşı da daxil olmaqla, məhkəmə sənədləri həm yunan, həm də Misir olmaqla iki dildə yazılırdı.

Kleopatranın ailəsi yunan dilində danışırdı və yunan ənənələrinə sahib idi. Kleopatra yerli mədəniyyəti, antik ənənələri və Misir Tanrılarını qəbul edən ilk ellin idi. Dövrün tarixçilərinə görə, Kleopatra doğma dilindən başqa ivrit, ərəb, həbəş, somali və digər dilləri bilirdi.

Makiyajının sirri

Araşdırmalara görə, antik misirlilərin özünəxas makiyajı gözləri kənar təsirlərdən qoruyurdu. Makiyajın zərərli olmamasının ən önəmli tərkibi isə qurğuşun duzu idi. Kleopatranın makiyajı dörd qurğuşun tərkibli maddədən ibarətdi və bu, onu göz infeksiyasından mühafizə edirdi.

Bir sıra mənbələrə görə, Kleopatra təsəvvür edildiyi qədər gözəl olmayıb. Müasirləri onun gözəlliyini görünüşündən daha çox gizliliyində, xarakterində və qarşısıalınmaz xarizmasında görürdü.

Qarşısıalınmaz cazibə

“Kleopatra” adı ekzotik gözəllik və cazibə ifadəsi ilə əkiz anlama gəlirdi. Lakin gerçək Kleopatranın gözəlliyi onun cazibəsində gizlənmişdi. Simasının əks olunduğu pullar əyri burunlu çirkin bir qadını göstərir. Plutarx onun görünüşü haqda yazırdı: “Onun gözəlliyi bizim düşündüyümüz kimi onu görənləri vurmurdu”.

Əsas məsələ onun zəkası və qəribə cazibəsində idi. Yenə də Plutarxa görə, səs tonundakı şirinlik Kleopatranı bu qədər cazibədar etmişdi: “Səsi istənilən titrəşməni yaradan, hər dildə səslənə bilən simli musiqi aləti kimiydi”.

Kleopatranın bugünkü Ölü dəniz ətrafında ətir fabriki vardı. Fabrikin qalıntıları yaxın illərdə aparılmış araşdırmalar nəticəsində tapıldı. Bu müəssisə həm də gözəllik və masaj salonu kimi də fəaliyyət göstərmişdi.

Qardaşları evlənən qadın

Kleopatra əvvəlcə on yaşında olan qardaşı XIII Ptolemeylə evləndi. Atası ölməmişdən əvvəl Misir xanədanlığının idarəçiliyinin kiçik oğluna keçməsini istəyirdi. Amma bir istəyi vardı: qızı Kleopatra ilə oğlunun evlənərək xanədanlığı birgə idarə etmək.

Atası XII Ptolemey öldü və kağız üzərində də olsa, Kleopatra öz qardaşı ilə evləndi. Kleopatra və rəsmi həyat yoldaşı XIII Ptolemey arasındakı hakimiyyət çəkişməsi və mübarizə bir müddət davam etdi. Bu evlilik üç il çəkdi və Kleopatra qardaşını öldürməklə hakimiyyəti təkbaşına idarə etməyə başladı.

Qardaşının ölümündən yeddi il sonra digər qardaşı XIV Ptolemeylə evləndi.

Sezarın məşuqəsi

Roma imperatoru Sezarla arasındakı yaş fərqi çox idi. Sezar Kleopatraya aşiq olanda əlli iki, Kleopatra isə hələ iyirmi bir yaşındaydı. Roma Misiri ələ keçirdikdən sonra Kleopatra Sezarla tanış olmağın bir yolunu tapdı və onunla sevgili oldular.

Yuli Sezar Romadakı Venera Məbədində Kleopatranın bir heykəlini qoydu. Lakin o, imperatorun ən yaxın adamı Antoni ilə də sevgiliydi. Kleopatra Sezarın silahdaşı Mark Antoni ilə ilk görüşündə şəhər qapısında yunan tanrıçası Afrodita kimi geyinir, ətrafında məhəbbət ilahəsi kimi geyinən qulluqçuları onu yelpikləyirdi.

Kleopatranın qardaşlarından uşağı olmasa da, həm Yuli Sezar, həm də Mark Antonidən uşaqları vardı.

Kleopatra xanədanlığın gəlirlərinin yarısını gözəlliyə və dəbdəbəyə xərcləyirdi. Bununla belə xalqı üçün də əliaçıq bir hökmdardı. Kleopatra bir dəfə Antoni ilə bir yemək üçün 10 milyon sesterius, yəni günümüzün pulu ilə 16.7 milyon dollar xərcləmişdi.

Müəmmalı ölüm

Kleopatra intihar edərək öldü. Misir kraliçasının ölümünə dair bir çox rəvayət var, ən məşhur rəvayətlərdən biri özünü ilana zəhərlədərək intihar etməsi ilə bağlıdır. Strabon yazırdı ki, Kleopatra həmişə yanında zəhərli daraq gəzdirirdi. Yəni, özünü bu daraqla öldürdüyü ehtimalı da var. Başqa sözlə, yanında zəhərli ilan gəzdirməyəcək qədər ağıllı qadın olan Kleopatranın intihar etmək üçün öz zəhərini yanında gəzdirdiyi ehtimal olunur.

Kleopatra öləndə otuz doqquz yaşında idi, məzarının harada olduğu indi də bilinmir. Kleopatra ilə birlikdə ölən Antoninin də məzarı naməlumdur. Lakin Qədim Misir mənbələri məzarların İsgəndəriyyə şəhərinin cənub qərbində və ya Taposiris Maqna məbədinin içində, yaxud ətrafında olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər