Türkiyəli prodüser-aparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı şəxsi həyatı haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Şeyma Subaşı Acun İlıcalıdan boşandıqdan sonra İnstaqram səhifəsini bağlamadığına görə peşman olduğunu deyib: “Bir müddət İnstaqram səhifəmi bağlamalı idim. Onda paylaşıdğım fotolar və videolar ayrılmağıma əhəmiyyət vermədiyim kimi qəbul edildi”.
Seyma keçmiş həyat yoldaşı ilə münasibətindən də danışıb: “Acunla münasibətimiz çox yaxşıdır. Hansısa pis bir hadisə baş verən zaman Acunun yanımda olacağını bilirəm. Eləcə də ilk zəng etdiyim insan da Acundur”.
İtaliyalı Guido Senia adlı şəxslə sevgili olan Şeyma Subaşı evlənmək fikrinin olmadığını deyib.