Çin donanmasına aid iki döyüş gəmisi İranın cənubundakı Bəndər Abbas şəhərinin limanına lövbər salıb.
Teleqraf.com sondakika.com-a istinadən verdiyi xəbərə görə, ilk dəfə Çin gəmiləri ABŞ-ın 5-ci donanmasının yerləşdiyi Bəhreyndən keçərək, İran limanına yan alıblar.
İran mediası sözügedən dörd günlük səfəri iki ölkə arasında yeni bir addım kimi qiymətləndirib.
İran donanma admiral Hüseyn Azada görə iki ölkə arasında dəniz qəzaları zamanı xilasetmə və araşdırma məsələləri üzrə təlimlər keçiriləcək.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.