İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı təcili iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Bir neçə saat ərzində Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək. İclas zamanı Bağdadda Süleymaninin avtomobilinə cinayətkar hücum məsələsi müzakirə olunacaq”, – deyə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosravi bildirib.
Yanvarın 3-də Qasım Süleymani Bağdad beynəlxalq hava limanı yaxınlığında raket zərbəsi nəticəsində öldürülüb.