4 Yanvar 2020 12:40
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın futbol üzrə milli komandası bölgədə vəziyyətin gərginləşməsi səbəbindən Qətərdə keçiriləcək təlim-məşq toplanışını təxirə salıb.

Teleqraf.com xəbər verir ki, federasiyanın saytında yerləşdirilən bəyanatda deyilir:

“Bölgədə hadisələrin inkişafı ilə əlaqədar olaraq ABŞ komandası yanvar ayında təlim-məşq toplanışlarının keçiriləcəyi Qətərə səfərini təxirə salmaq qərarına gəlib”.

Qətərdə 20 günlük təlim-məşq toplanışı yanvarın 5-də başlamalı idi.

ABŞ Futbol Federasiyası qarşıdakı oyunlara hazırlaşmaq üçün digər yerlər axtarır.


Müəllif: Səxavət

Oxşar xəbərlər