“Əş-Şabab” terror təşkilatının ABŞ-ın Keniyanın Camış körfəzindəki hərbi bazasına hücumu nəticəsində 1 amerikalı hərbçi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.
Məlumatda hadisədə ABŞ hərbi qüvvələrində müqavilə əsasında xidmətdə olan 2 əcnəbi hərbçinin də həyatını itirdiyi, 2 hərbçinin isə yaralandığı bildirilir.