8 Yanvar 2020 11:10
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Liviyada Milli Sülh Hökumətinə (UMH) dəstək verən Türkiyəyə qarşı qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Milli Ordusuna dəstəyi artırmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, BƏƏ-nin Rusiyadan alıb Haftar ordusuna göndərdiyi “Pantsiz S-1/SA-22 Greyhound” sistemlərindən Türkiyənin hava hücumundan müdafiə komplekslərinə qarşı istifadə edir.

BƏƏ-də təxminən 50 ədəd sözügedən sistemdən olduğu vurğulanıb.

BƏƏ, eyni zamanda, Çindən satın aldığı “Siha” və “Wing Loong II” sistemlərini də Haftar ordusuna təhvil verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər