Bu gün İsrailin Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. Toplantıda ABŞ- İran münasibətlərində müşahidə edilən gərginlik müzakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal13” televiziyası məlumat yayıb.
Baş nazir Netanyahunun sədrliyi ilə keçiriləcək toplantıda regionda baş verən son hadisələrlə bağlı kabinet üzvlərinə məlumat veriləcək.