Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarac bu gün Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Görüş İstanbulda baş tutacaq. Tərəflər Liviyada atəşkəsin elan edilməsindən sonrakı addımları müzakirə edəcəklər.