12 Yanvar 2020 21:03
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Vasit vilayətindəki Vasit Universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında baş verən qarşıdurmada 60 nəfər, o cümlədən 48 polis əməkdaşı yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "As-Sumariya" telekanalına təhlükəsizlik qüvvələrindən olan mənbə bildirib.

Bildirilib ki, 48 polis əməkdaşı, həmçinin 11 etirazçı yaralanıb.

Qeyd edək ki, İranla həmsərhəd olan Vasit vilayətində konstitusiya dəyişiklikləri və hökumətin dəyişdirilməsini tələb edən etirazlar ötən ilin oktyabrından bəri davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər