17 Yanvar 2020 23:18
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl geriyə boylanmamaq qərarına gəlib. Artıq keçmiş aktrisa tabeçiliyində olan şəxslərlə vidalaşıb.

Teleqraf.com xəbər verir ki, şahzadə Harri kral ailəsinin üzvlüyü statusundan imtina ilə bağlı münaqişəni həll etməyə çalışarkən, onun həyat yoldaşı Kanadada özünə yeni həyat qurmağa qərar verib. Məlum olub ki, Böyük Britaniyanın Vindzor şəhərində təmir edilən evin istifadəyə gərəksiz olduğu üçün işçilər şahzadə titulundan imtina edən cütlük tərəfindən xidmətlərindən azad ediliblər.

Xəbər verilir ki, xidmətlərinə ehtiyac duyulmayan iki xadimə artıq kraliça Elizabetin iqamətgahında işlə təmin ediliblər. Aşpaz, bağban, lakeylər və digər qulluqçuların maaşı ödənilərək işlərindən azad olunublar.


Müəllif: Teleqraf.com