18 Yanvar 2020 13:36
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Qrantsvill şəhərində baş verən atışmada dörd nəfər ölüb, bir nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” televiziyası məlumat yayıb.

Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi, atışmada şübhəli bilinən şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunur.

Polisdən atəş açan şəxsin qurbanlarla heç bir əlaqəsinin olmadığı da bildirilib.

Bundan əvvəl Minnesota ştatında atışma zamanı bir nəfər ölmüşdü.


Müəllif: Səxavət