19 Yanvar 23:39

Yanvarın 19-u Hindistanda K-4 sualtı qayıqları üçün ballistik raketin uğurlu sınaqları keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ANI informasiya agentliyi bildirib.

Məlumata əsasən, raket Andhra Pradeş ştatı sahillərində Benqal körfəzində su altından buraxılıb.

Sınaqların keçirilməsi ilə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com