Çexiya Prezidenti Miloş Zeman “Frekvence 1” telekanalının efiirində Rusiya lideri Vladimir Putinin güclü siyasətçi olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Prezident Putin, şübhəsiz ki, güclü siyasi fiqurdur. Bu faktla bağlı bir neçə axmaqdan başqa heç kim mübahisə etmir. Yeri gəlmişkən, Almaniyanın kansleri Angela Merkel bu yaxınlarda yenidən Moskvada oldu. Səhv etmirəmsə, o bunu 15-ci dəfə etdi”.
Bundan əvvəl ABŞ dövlət katibinin müavini Devid Heyl Birləşmiş Ştatların Rusiyanı sərt rəqib kimi gördüyünü bildirmişdi.