21 Yanvar 2020 19:26
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan hakimiyyəti kəskin tənqid edib.

Teleqraf.com xəbər verir ki, Minasyan Baş nazir Nikol Paşinyan və siyasi komandasını xalqı aldatmaqda günahlandırıb.

O, Paşinyan və komandasını verdiyi vədləri yerinə yetirməməkdə günahlandıraraq, ölkəyə hələ də kənardan investisiya qoyuluşunun olmadığını, vədlərin əksinə olaraq, əhaliyə satılan təbii qazın qiymətinin qaldırıldığına diqqət çəkib.

Minasyan ölkədəki sosial-iqtisadi böhranın Paşinyanın “Axilles dabanı” olduğunu deyib və qeyd edib ki, əvvəldən mövcud olan ağır vəziyyətin davamiyyəti onun xalq üçün uğursuz seçim olduğunu göstərir.

Onun sözlərinə görə, xalqın məyusluğunu atıran Nikol Paşinyan bununla keçmiş hakimiyyətə müsbət dividentlər qazanmasına şərait yaradır.

Minasyan Ermənistanın hazırkı hakimiyyət orqanlarının nümayəndələrini qeyri-insan adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər