Yunanıstanın hakim Yeni Demokratiya Partiyasının namizədi Aykaterini Sakellaropulu ölkənin ilk qadın prezidenti olub.
Teleqraf.com xəbər verir ki, Sakellaropulu yeganə namizəd kimi qatıldığı seçkinin ilk turunda parlamentdə 294 millət vəkilinin 261-nin səsini alıb.
Yunanıstan qanunlarına görə, millət vəkilləri prezident seçkisində “xeyr” səsindən istifadə edə bilməz.
Beləliklə, ölkənin ilk qadın prezidenti olan Sakellaropulu hazırkı dövlət başçısı Prokopis Pavlopulosu martın 13-də əvəz edəcək.