22 Yanvar 2020 17:20
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qırıcıları Suriyanın Hələb şəhərinin qərbindəki Atarib qəsəbəsindəki qaçqın düşərgəsini vurub.

Teleqraf.com xəbər verir ki, qaçqın düşərgəsinin vurulması zamanı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə dərhal mülki müdafiə qrupları gəlib və yaralıları xəstəxanaya aparıb.

Qeyd edək ki, rus qırıcıları və Əsəd rejimi atəşkəs elan olunmasına baxmayaraq, İdlib və Hələb istiqamətində mülki insanların yaşadığı ərazilərə zərbələr endirir.


Müəllif: Cavad

Oxşar xəbərlər