27 Yanvar 2020 13:22
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtidar Baş nazir Nikol Paşinyanın yerinə namizəd axtarmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru, general Artur Vanetsyan deyib.

General Ermənistan baş nazirinin ölkənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib:

“Düşünürəm ki, mətbuat konfransından sonra iqtidar partiyası (“Mənim Addımım”) milli təhlükəsizlik mülahizələrinə əsaslanaraq, baş nazir vəzifəsinə yeni namizədin irəli sürülməsi imkanlarını müzakirə etməlidir”.

Yanvarın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyanın hazırkı hakimiyyətin ondan yaxa qurtarmaq istəməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Baş nazirin sözlərinə görə, Tovmasyan ona yeni Konstitusiyanı birlikdə hazırlamaq barədə təklif verib: “O, bu işi birlikdə görməyimizi təklif etdi və mən onu lazımi yerə göndərdim. Çünki məndə heç vaxt korrupsioner rejimlə işləmək istəyi olmayıb və ola da bilməz, heç vaxt olmayacaq”.

Buna cavab olaraq, Hrayr Tovmasyan 20 gün ərzində iddiasını sübut etməyəcəyi halda, Paşinyanı məhkəməyə verəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər