27 Yanvar 2020 20:35
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Parlamentinin Yuxarı Palatası hökumətin ölkədə tezliklə “rəqəmsal vergi” adlandırılan verginin tətbiq edilməsi barədə qərarını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu vergi dövriyyəsi 19 milyard kron (750 milyon avro), Çexiya ərazisində illik qazancı 100 milyon krona (4 milyon avro) bərabər olan iri internet-şirkətlərin gəlirlərindən ölkə xəzinəsinə əlavə pul köçürmələrini nəzərdə tutur.

Yeni qanunun “qurban”ları Amerikanın “Google”, “Facebook”, “Amazon” və “Apple” şirkətləri ola bilər.
Bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Çexiyadakı səfiri artıq Çexiya XİN-in başçısı Tomaş Petrşiçekə ölkəsinin narazılığını çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər