Hitler 1945-ci il noyabrın 30-da Sovet ordusunu gözlədiyi yeraltı sığınacaqda təkcə özünün yox, təzəcə evləndiyi həyat yoldaşı Eva Braunun da həyatına son qoydu. Siyasi əhəmiyyəti ilə yanaşı, Eva bütün həyatını tək bir kişinin sevgisini qazanmağa qurban verən bir qadındır. Bəli, o, həyatını faşist lider Adolf Hitlerə həsr etmişdi.
Teleqraf.com Nasist Almaniyasının lideri Adolf Hitlerin həyat yoldaşı Eva Braun haqda yazını təqdim edir.
17 yaşlı gənc qadının 40 yaşlı bir kişiyə aşiq olması düşündürücü idi. Əlbəttə, burada şöhrətə çatmaq əsas hədəfi ola bilərdi, amma Eva aşiq olanda hələ Hitlerin kim olacağı bəlli deyildi, öz yüksəliş dövrünün lap əvvəlində idi. Hitler ilk dəfə onu görəndə evinə dəvət etsə də, Eva bu istəyini rədd etdi.
Amma bir neçə gün sonra gecəni Hitlerlə birlikdə keçirdi. Getdiyi hər yerə onu da aparması Eva üçün cazibədar görünsə də, aralarındakı münasibətin növbəti mərhələsi o qədər də ürəkaçan deyildi.
Ögey bacısının qızı
Eva ilə yeni bir sevgi münasibətinə başlasa da, Hitler ögey bacısı Angela Raubalın qızı Geliyə aşiq idi. Hətta heç bir qadını Geli qədər sevməmişdi.
1931-ci ildə evlənmək üçün Vyanaya gedəcəyini deyən Geli Hitlerin qəzəbinə tuş gəldi. İki gecə davam edən mübahisədən sonra Gelinin cəsədi tapıldı. Münasibətlərinin hələ başlanğıcında Hitlerin həyatındakı ikinci qadın olan Eva üçün hər şey yeni başlayırdı.
Adolf Hitlerin məlum olan səkkiz fərqli qadınla münasibəti var. Hamısnın sonu ölümlə bitən bu münasibətlərdən ən çox pay alan isə Eva Braundur.
Sonsuz xəyanətlər
Hitler həyatının sonunadək Evaya dəfələrlə xəyanət etdi. Bunların arasında ən diqqət çəkənlərdən biri alman müğənni və aktrisa Renata Müller idi.
Renata Hitlerin onu zorlamağa məcbur etdiyini demişdi. Lakin istəyi bununla bitməyən Hitler qadını onu söyüşlərlə təhqir etməyə və qamçılamağa məcbur etmişdi. Bu iddianın nə qədər həqiqət olduğu bəlli olmasa da, Renatanın da taleyi Hitlerin həyatındakı digər qadınlar kimi oldu. 1937-ci ildə özünü pəncərədən ataraq intihar etdi.
Hitlerin xəyanətlərinə dözə bilməyən Eva Braun atasının silahı ilə sinəsinə atəş açaraq intihara cəhd etdi. Lakin sağ qaldı. Bəlkə də məqsəd özünü öldürmək yox, Hitlerin diqqətini çəkmək idi, bunu da bacardı. Hiter ondan üzr istədi.
Təhqiredilmiş
Hitler münsibətləri boyu Evanı ancaq yaxın dostları ilə tanış etmişdi. Yüksək rütbəli şəxslər gələndə isə Eva yataq otağına keçir, Hitler onu çağıranadək çıxmırdı. Evanın əzabları təkcə bununla bitmirdi, tez-tez sevgilisi tərəfindən təhqir olunurdu.
Hitler Eva haqqında deyirdi: “Ancaq ağıllı bir adam axmaq bir qadınla sevgi yaşaya bilər. Bütün işlərinə qarışan bir qadının həyatınızda olduğunu düşünün. Boş vaxtlarda istədiyim yeganə şey sakitlikdir”.
Lakin bu da Evanın Hitlerə olan münasibətini dəyişmədi. Hətta münasibətləri boyu Hitler onu tez-tez öz katibəsi kimi də təqdim edirdi.
1935-ci ildə Hitlerdən üç ay cavab ala bilməyən Eva Braun növbəti dəfə intihara cəhd etdi. Bu haqda belə yazırdı: “İlahi, qorxuram bu gün də ondan bir cavab ala bilməyəcəyəm. Bu dəfə otuz beş ədəd həb qəbul etmək qərarı verdim. Qəti şəkildə bu məsələni burada həll edəcəyəm”.
Lakin Eva bu dəfə də bacarmadı. Hitler yenə gəlib ondan üzr istədi.
Hitler ailəsinin nifrəti
Gelinin ölümünden sonra Hitler onun anası Angela Raubalı yanına gətirdi. Angela Evaya nifrət edirdi. Hətta bunu gizlətməyə də ehtiyac duymurdu. Eva bu nifrətin narahatlığı altında otağından çıxmır, gününü kitab oxumaq və film izləməklə keçirirdi.
Lakin Evanın ikinci intihar cəhdindən sonra Angela evi tərk etdi. Bu, Eva üçün müsbət hadisə idi.
Ölümdən qaçmamaq
Almaniyanın müharibədə məğlub olacağı məlum olduqdan sonra Nasist Partiyasının gənclər təşkilatının lideri Baldur fon Şiraxın həyat yoldaşı Henritta fon Şirax Evanı ölkədən qaçmağa razı salmağa çalışdı. Lakin Eva ölənədək Hitleri tərk etməyəcəyini dedi. Əlbəttə, dediyini etdi, son ana qədər Hitlerin yanından ayrılmadı.
SS qoşunlarının generalı Herman Fegeleyn Evanın bacısı ilə Hitlerin şahidliyi altında evləndi. Lakin bir gün sonra içkili halda ələ keçdi. Yanında başqa bir qadın, əlində isə pul dolu bir çanta vardı. Almaniyadan qaçmaq istəyirdi. Herman Hitlerin əmri ilə öldürüldü. Bu olaydan bir neçə saat sonra Eva və Hitler evləndi.
Bir köpək qədər...
Gizləndikləri sığınacaqda Eva, Hitler və bir neçə yüksək rütbəli şəxsdən başqa, bir də Hitlerin köpəyi Blondi vardı.
Blondi sanki Eva üçün əzəli bir düşmən idi. Hitlerin bu köpəyə olan sevgisini qısqanırdı. O bu münasibətin özünə göstərilmədiyini fərqində idi. Bu səbəbdən də, son anlarında belə Hitlerin Blondi üzərindəki sevgisini özünə çəkməyə çalışdı.
Dünyanı lərzəyə salan bütün bu xaos və həyatlarına son qoymaq qərarı verəndə Hitler Blondiyə sianid verdi. Blondinin öldüyünü gördükdən sonra bu ona pis təsir etdi. Orada olan bir tibb bacısının iddiasına görə, Eva sianidi içib özünü öldürəndə kimsə bundan kədərlənmədi. Köpək öləndə isə hamı Hitlerin qorxusundan yasa boğulmuşdu.
Beləliklə, Eva Braunun həyatı sevgisiz və bağlı qapılar arxasında sona çatdı.