29 Yanvar 2020 20:14
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Çuvaşiya Respublikasının rəhbəri Mixail İqnatyevi etimadın itirilməsi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. Putinin digər sərəncamı ilə Dövlət Dumasının deputatı Oleq Nikolayev müvəqqəti olaraq Çuvaşiyanın rəhbəri təyin olunub. O, bu postu yeni rəhbər seçilənədək tutacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl İqnatyevin qalmaqallı videosu yayılmışdı. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğınsöndürən maşınların açarlarını təhvil verərkən zabitlərdən birini ələ salıb. O, açarı yuxarı tutaraq zabitin onu hoppanaraq götürməsini istəmişdi.

İddialara görə, İqnatyevin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi də elə həmin videodur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər