Avropa Parlamenti (AP) Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sənədi 621 deputat dəstəkləyib, 49-u əleyhinə, 13-ü bitərəf qalıb.
Sənədin rəsmi qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq edilməsi lazımdır.
Bununla da Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-i tərk edəcək.