24 Sentyabr 2014 13:24
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın müxtəlif bölgələrində Taliban terror qruplaşmasına qarşı əməliyyatlarda 86 militan öldürülüb.

Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son 24 saatda Kunar, Nangarhar, Kandahar, Zabul, Logar və Herat şəhərlərində əfqan qüvvələri tərəfindən aparılan əməliyyatlarda Talibanın 15 üzvü də yaralanıb, çoxlu sayda silah və partlayıcı ələ keçirilib.

Ölkə daxilində Talibanın yol kənarına yerləşdirdiyi 31 bombanın da zərərsizləşdirildiyi açıqlanıb.

Taliban sözçüsü Zabiullah Mucahid isə hökumət tərəfindən verilən məlumatların yanlış olduğunu bildirib, təşkil etdikləri hücumda çox sayda əfqanın öldürüldüyünü iddia edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: