31 Yanvar 2020 21:38
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın hakimiyyət orqanları beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, imzalanma mərasimində ölkə Prezidenti Anjey Dudanın da iştirak etdiyi müqaviləyə əsasən, Polşa ABŞ-dan 32 ədəd F-35 təyyarəsi alacaq.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, sazişin dəyəri 4,6 milyard dollar, bir təyyarənin qiyməti 87 milyon dollardır. Müqavilə, həmçinin pilotların təlimini, simulyatorlar çatdırılmasını, logistik dəstəyi nəzərdə tutur. İlk qırıcılar ölkəyə 2026-cı ildə çatdırılacaq. Pilotların təliminə isə 2024-cü ildə ABŞ-da başlanması planlaşdırılır.

Hazırda Polşa hərbi hava qüvvələrinin arsenalında 27 ədəd MİQ-29, habelə 48 ədəd F-16 və 18 Su-22 qırıcı təyyarələri var. Çoxməqsədli döyüş təyyarəsi olan F-36 nüvə silahı daşımağa da qadirdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər