Çinin Xunan vilayətinin Şaoyan şəhərindəki fermaların birində təxminən 4500 toyuq H5N1 virusundan (quş qripi) tələf olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Yerli qurumlar virus səbəbindən 18 minə yaxın toyuğu məhv edib. Virusun aşkarlandığı ərazi dezinfeksiya olunub və karantin altına alınıb.
Qeyd edək ki, qonşu Xubey vilayətində yayılan koronavirusun yeni növündən və Şiddətli Kəskin Respirator Sindromu (SARS) pandemiyasından daha ölümcül olan quş qripinə Çində hələlik insanların yoluxması faktı qeydə alınmayıb.