2 Fevral 2020 20:39
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya özünümüdafiə qüvvələrinin esminesi informasiya toplamaq məqsədilə Yaxın Şərqə yola düşüb.

Teleqraf.com xəbər verir ki, fevralın 2-də səhər saatlarında Baş Nazir Şinzo Abe özünümüdafiə qüvvələrinin Yokosuka şəhərində yerləşən bazasından “Takanami” esminesinin yola salınma mərasimində iştirak edib.

Baş Nazir bildirib ki, bu missiyanın yapon xalqının həyatı və firavan yaşayışı üçün böyük əhəmiyyəti var. Belə ki, Yaponiyanın istifadə etdiyi xam neftin 90 faizini məhz Ərəbistan dənizi və Oman körfəzi vasitəsilə çatdırılır.

Məlumat üçün bildirək ki, “Takanami” esminesinin göyərtəsində 200 heyət üzvü və iki helikopter var.

Plana əsasən, onun Yaxın Şərq regionuna cari ayın sonlarında çatacağı gözlənilir.


Müəllif: Teleqraf.com