Fevralın 3-də Türkiyə vətəndaşı bir qadın yüksək qızdırma və halsızlıq şikayətləri ilə İstanbulun Beylikdüzü Dövlət Xəstəxanasına müraciət edib.
Teleqraf.com xəbər verir ki, qadın koronavirus şübhəsi ilə xəstəxananın karantin bölməsinə yerləşdirilib, ondan lazım olunan analiz nümunələri götürülüb.
Təyyarə bələdçisi olan bu şəxsin bir neçə gen əvvəl Çinə səfər etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyənin müxtəlif bölgələrində indiyədək bir neçə nəfər koronavirus şübhəsi ilə müxtəlif xəstəxanalarda nəzarət altına alınıb. Lakin onlarda virus aşkarlanmayıb.
Ölkənin Səhiyyə naziri Fahrettin Koca indiyədək Türkiyə ərazisində koronavirusa rast gəlinmədiyini bildirib.