Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yanvarın 30-da əsgər Vahram Avakyanın intihar etməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində üç əsgər həbs edilib.
Bu barədə ölkənin İstintaq Komitəsi açıqlama yayıb.
Bundan əvvəl intihar etmiş əsgərin yoldaşlarından David Mövsisyana (sabiq parlment üzvü Arakel Mövsisyanın oğlu), Haçiq Qasparyana, Spartak Avetisyana qarşı ittiham irəli sürüldüyü bildirilmişdi./report/