11 Fevral 2020 11:07
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi YPG/PKK terror qruplaşmaları daxil olmaqla Suriyada dəstəklədiyi qüvvələrə kömək məqsədilə 200 milyon dollar fond tələbini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu məlumat Pentaqonun 2021-ci il maliyyə büdcəsinə dair açıqlanan raporunda ortaya çıxıb.

Pentaqon 2021-ci il üçün Konqresdən 69 milyard dollar müharibə fonduna, 35,1 milyard dollar “Energetika Nazirliyi və digər qurumlarla müdafiə dair xərclərinə”, 636 milyard dollar isə müdafiə büdcəsi olmaq üzrə toplam 740, 1 milyard dollar tələbini irəli sürüb.

Pentaqon Konqresdən milli müdafiə büdcəsi üçün 636,3 milyard tələb edib. Qeyd edək ki, Pentaqonun büdcəsi 2020-ci il üçün 633,3, 2019-cu ildə 614,4, 2018-ci ildə isə 599,6 milyard dollar olub.

Büdcədə Suriya və İraqda İŞİD-ə qarşı mübarizə proqramına 845 milyon dollar tələb edilib.

845 milyon dolların 645 milyoni İraq təhlükəsizlik qüvvələrinin hazırlanması və dəstəklənməsi üçün xərclənəcək. 200 milyon dollar isə YPG/PKK terror təşkilatı daxil olmaqla ABŞ-ın dəstəklədiyi “Suriya müxalifəti” üçün istifadə ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər