Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremllə Ankaranın İdlibdəki vəziyyətlə əlaqədar sıx təmasda olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Peskov iki ölkənin liderləri arasında bu həftə telefon danışığı olduğunu bildirib.
Hərbi rəsmilərin də telefonda danışdıqlarını deyən Kreml sözçüsü mütəxəssislərin qarşılıqlı səfərlərinin davam etdiyini qeyd edib.