14 Fevral 2020 18:25
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidəki son görüşündə rusiyalı həmkarı Vladimir Putinlə həm keçən əsrin problemləri, həm də çağdaş təhdidləri müzakirə etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, görüş ötən həftə Rusiyanın Soçi şəhərində baş tutub.

“Baxış çərçivələrini müqayisə edərək hər şeyi müzakirə etdik. Əlbəttə, söhbətdə ona diqqətlə çatdırdım ki, birlikdə çox şey etmişik”, - Lukaşenko bildirb.

Nümunə olaraq Lukaşenko İkinci Dünya Müharibəsi illərində iki ölkənin birgə səylərini xatırladıb.

Belarus Prezidenti tərəflərin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıqlarını da qeyd edib:

“Müharibə tamamilə axmaqlıqdır. Bu olmamalıdır”.

Prezident danışıqlar zamanı Putinin Belarus tərəfinin digər ölkələrdən neft almağa davam edəcəyinə şübhə etdiyini qeyd edib:

“Putin mənə dedi ki, başqa ölkədən aldığın neft Rusiyadan aldığından bahadırsa, bunu niyə edirsən?”.

Lukaşenkonun Putinə cavabı belə olub:

“Rusiya xammalına alternativ daha bahalı olmasına baxmayaraq, neft alışını şaxələndirməyə davam edəcəyik. Əlbəttə hər il dekabrın 31-də diz çökməmək üçün”.

Qeyd edək ki, ötən həftə Soçidə Putin və Lukaşenko arasında görüş keçirilib. Görüş tərəflər arasında neft və qaz məsələsində fikir ayrılığının olduğu bir vaxta təsadüf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər