İsrail Silahlı Qüvvələrinin rəsmi Tvitter səhifəsində güzgü önündə selfi çəkdirən qadın fotosunu paylaşması rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, qısa zamanda İsrail ordusunun tvitinə istifadəçilər reaksiya verib, maraqlı şərhlər yazılıb.
İsrail Silahlı Qüvvələri açıqlama yayaraq HƏMAS-ın israilli hərbçilərin telefonlarına haker hücumu təşkil edərək saxta sosial media profilləri yaratdığını və qadın fotosu yerləşdirdiyini bəyan edib.
Məlumata görə, HƏMAS müxtəlif sosial şəbəkələr vasitəsilə İsrail hərbçiləri ilə əlaqə yaradaraq onları casus proqramları yükləməyə məcbur ediblər.