Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamasında bildirilir.
“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, - məlumatda qeyd olunub.