ABŞ Dövlət Departamenti “Xarici missiyalar haqqında” qanun çərçivəsində Çinin Xinhua, People Daily, China Daily, Çin Qlobal Televiziyası və Çin milli radisonunu “xarici missiya” kimi tanınması və onlara qarşı xarici diplomatik missiyalara edilən şərtlərin tətbiq olunması haqda qərar verib.
Teleqraf.com xəbər verir ki, məlum qərardan sonra bu media qurumları ABŞ-da ofis açmaq üçün hökumətdən razılıq almalıdır.
Həmçinin diplomatik missiyaların etdiyi kimi bu qurumlar da personal dəyişikliyi və iş ştatlarını Dövlət Departamentinə bildirməlidir.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu qurumlar rəsmi Pekinin nəzarətindədir:
“Bunlar Çinin təbliğat maşının bir parçasıdır. İşin mahiyyəti ondadır ki, bu qurumlar Çin hökumətinin və Çin Kommunist Partiyasının işini həyata keçirir”.