Rusiya ilə Türkiyə arasında yaşanan İdlib gərginliyi iqtisadiyyatın lokomativi olan turizm sektoruna mənfi təsir göstərib.
Teleqraf.com xəbər verir ki, Rusiya Tur Operatorlar Birliyinin başqanı Maya Lomidze Rusiyadan Türkiyəyə turizm səfərlərinin səviyyəsinin aşağı düşdüyünü bildirib.
"Son dövrlərə qədər Türkiyə rusların səfər etdiyi əsas ölkə idi. Amma İdlibdəki gərginlikdən sonra insanlar Türkiyəyə səfərlərini təxirə salırlar", deyə M.Lomidze qeyd edib.