24 Fevral 2020 12:18
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qafan rayonunda bir nəfərin kornavirusa yoluxması barədə məlumat yayılıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs fevralın 23-də səhhətindəki problem səbəbindən xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra onda koronavirus aşkar olunub. Xəstənin İrəvan şəhərində koronavirus üçün ayrılmış xəstəxanada karantin altına alındığı bildirilib.

Ölkənin aidiyyəti qurumları isə məlumatı təkzib edir.

Olayın mediaya sızdırılmasından sonra Ermənistan hökumətinin koronavirusun sürətlə yayıldığı qonşu İranla sərhədləri iki həftə ərzində bağlamaq qərarı verdiyi bildirilib.

Rəsmi məlumatlara görə, İranda 50-yə yaxın insanda yoluxma hadisəsi qeydə alınıb, 18 nəfər ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər