5 Mart 2020 07:52
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perulu diplomat, Birləşmiş Millətlər Təşkilatının (BMT) sabiq baş katibi Havyer Peres de Kuelyar dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Perunun RPP radiostansiyası diplomatın oğluna istinadən məlumat yayıb.

Qeyd edilir ki, o, öz evində vəfat edib. Xavyer Peres de Kuelyar 100 yaşında ölüb.

Xatırladaq ki, o, 1982-1991-ci illərdə Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsində çalışıb. BMT-nin indiyədək 9 baş katibi olub. Havyer Peres de Kuelyar təşkilatın 5-ci rəhbəri idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər