Gürcüstanda koronavirusa yoluxma ilə bağlı təsdiqlənən halların sayı 13-ə çatıb.
Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda yerləşdirilib.
Qeyd olunur ki, hazırda 141 nəfər karantində, 69 nəfər isə tibbi nəzarətdə saxlanılır.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973-ə çatıb. Onların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.