8 Mart 2020 12:29
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Baş naziri Narendra Modi Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkədəki səhifələrini “Nari Şakti” mükafatına layiq görülən 7 qadına verib.

Axar.az xəbər verir ki, Modi bununla bağlı Tvitter səhifəsində elan yazıb.

“Beynəlxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirəm! Bir neçə gün əvvəl dediyim kimi, mən gedirəm. Bu 7 gün ərzində uğur qazanan qadınlar mənim səhifələrimdən istifadə edə biləcəklər”, - Modi bildirib.

Qeyd edək ki, “Nari Şakti Puraskar” Hindistanın ən böyük qadın mükafatıdır. Mükafat hər il martın 8-də Yeni Dehli şəhərində prezident tərəfindən təqdim olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər