8 Mart 2020 14:14
3 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın apreldə aktiv olacağını elan etdiyi S-400 komplekslərinin Egey və Şərqi Aralıq dənizi istiqamətində yerləşdiriləcəyi bildirilir.

Teleqraf.com "Yeni Şafak"a istinadla xəbər verir ki, Ankarada Mürted (Akıncı) hava bazasında davam edən quraşdırma işləri türk və rus mütəxəssislər tərəfindən aparılır. Məlumata görə, azərbaycanlı mütəxəssislər da bu işdə Türkiyəyə dəstək verir.

Şərq Aralıq dənizinin təhlükəsizliyi prioritet olduğundan sistemlər Şərqi Aralıq və Egey dənizində yerləşdiriləcək.

Türkiyə Şərqi Aralıq dənizində üç araşdırma və iki qazma gəmisi ilə fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər