8 Mart 2020 15:15
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumat yayıb.

Ermənistanın ikinci prezidenti qan təzyiqinin qəfil dəyişməsi və sağlamlığının pisləşməsi səbəbilə martın 7-si gecə saatlarında “Nairi” Tibb Mərkəzinə yerləşdirilib.

Müalicənin gedişatı barədə qərar aparılan müayinələrdən sonra qəbul ediləcək.

Ofis rəhbəri bildirib ki,Köçəryanın səhhəti hazırda nisbətən yaxşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər