14 Mart 2020 14:20
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin koronavirus infeksiyası ilə mübarizə üçün bir sıra tədbirləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı martın 12-də keçirilmiş iclasdan sonra müvafiq tapşırıqlar verib.

Tədbirlər planı çərçivəsində Səhiyyə Nazirliyinə tibb müəssisələrinə koronavirus infeksiyası diaqnozunda və onun müalicəsində hərəkətlərin alqoritmi barədə məlumat vermək tapşırılıb.

Sənaye və Ticarət Nazirliyi koronavirusun qarşısının alınması üçün qoruyucu və dezinfeksiya məhsulları istehsalının həcmi barədə hesabat verilməlidir.

Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinə xarici vətəndaşların Polşa və Norveçlə sərhədi keçməsinin 15 mart tarixindən etibarən dayandırılması ilə bağlı qərar layihəsinin hazırlanması tapşırılıb.

Tapşırıqların icrası üçün son tarix martın 16-dır.


Müəllif: Səxavət

Oxşar xəbərlər