Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 56 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Rab koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə vətəndaşlarını xarici səyahətlərdən çəkinməyə çağırıb.
O bildirib ki, bir çox uçuşlar və idman yarışları dayandırılıb, məhdudiyyətlər 30 gün müddətində qüvvədə olacaq, lakin bu müddət uzadıla bilər.
Martın 16-da Nazirlər Kabinetinin iclasını keçirən Baş Nazir Boris Conson hələlik virusun qarşısının alınmasının mümkün olmadığını bildirib və onun yayılmasını ləngitmək üçün insanlara evlərində qalmalarını tövsiyə edib.