21 Mart 2020 18:46
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanda fəaliyyət göstərən Hizbullah terror təşkilatı İsrailə casusluq edən livanlı hərbçi Əmir Fəxurini sərbəst buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hizbullah lideri Həsən Nəsrullah açıqlama verib.

Nəsərullah hərbi məhkəmədə mühakimə olunan agentin sərbəst buraxılması üçün ABŞ və ya İsraillə bazarlıq etmədiklərini deyib. Bununla belə, Hizbullah lideri ABŞ-ın İsrail casusuna görə Livanı sanksiyalarla hədələdiyini və təhdid etdiyini istisna etməyib.

O, məhkəmə zalından azadlığa buraxılan Fəxurinin ölkə xaricinə çıxışının qadağan olunduğunu deyib.

Livan Hərbi Məhkəməsi 1998-ci ildə İsrailə casusluq ittihamı ilə Əmir Fəxurini 15 il azadlıqdan məhrum etmişdi. ABŞ-a qaçan Fəxuri cinayət işinin ləğv edilməsi xəbərindən sonra ötən il Livana qayıtmışdı. Amma 21 il sonra ölkəsinə qayıdan hərbçi eyni ittihamla həbs olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər