22 Mart 2020 01:42
3 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın Baş Naziri Cuzeppe Konte arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Rusiyanın təşəbbüsü ilə baş tutan söhbət zamanı tərəflər koronavirus pandemiyası ilə əlaqədar son durum və infeksiyanın yayılmasının qarşısının alınması barədə müzakirə aparıblar.

Putin İtaliya hökuməti və İtaliya xalqına dəstək verdiklərini bəyan edib.

İtaliya tərəfinin müraciəti nəzərə alınaraq Rusiyanın operativ yardım göstərəcəyi təsdiqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər