Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, koronavirusdan 10 nəfər sağalıb, hazırda 4 mindən atıq insan karantindədir, 252 nəfər isə xəstəxanalarda həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, koronavirusun yayılması səbəbilə Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.