Koronavirusla mübarizə çərçivəsində ABŞ Hərbi Dəniz Donanmasına aid "Komfort" hospital xəstəxana gəmisi bazar ertəsi Nyu-Yorka çatacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Amerika Prezidenti Donald Tramp deyib.
Tramp əlavə edib ki, COVİD-19-un mərkəzi halına gələn Nyu-Yorkda xəstəxana resurslarını artırmaq məqsədilə "Komfort" gəmisi şəhər limanına gətiriləcək:
“Gəmi Virciniyadan hərəkət edəcək və bazar ertəsi Nyu-Yorkda olacaq”.