İsveçrədə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1052 nəfər yoluxub.
Teleqraf.com-un məlumata görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsindən bildiriblər.
Məlumata əsasən, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 13 213 nəfərə, ölənlərin isə 235 nəfərə çatıb.
Xatırladaq ki, İsveçrədə yeni koronavirusa ilk yoluxma halı fevralın 25-i qeydə alınıb.